Naxçıvan şəhərinə yeni icra başçısı təyin edilib

Oxunma vaxtı:21 Saniyə

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2016-cı il aprelin 18-dən bu təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Loading

Next Post

Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub. Bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib. Silahlı hücumda daha iki nəfər yaralanıb. Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun […]