Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

DogruSozTv Az
Oxunma vaxtı:42 Saniyə

Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtı bəzəyəcək və yeni Özbəkistanın gücünü nümayiş etdirəcək.

“Report”un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Mirziyoyev qeyd edib ki, ölkənin əsas dövlət bayramının Yeni Daşkənddə keçirilməsi onun təntənəsini daha da artırır.

Ötən gün burada Özbəkistanın Yeni Universitetinin, Nizami adına Milli Pedaqoji Universitetinin və Özbəkistan Milli Kitabxanasının binalarının açılışı olub. Prezidentin sözlərinə görə, gələcəkdə bu rayon elm, təhsil və mədəniyyət mərkəzinə çevriləcək.

“Mən əminəm ki, Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtımızı bəzəyəcək və qurduğumuz yeni Özbəkistanın gücünü nümayiş etdirəcək”, – Mirziyoyev deyib.

O həmçinin qeyd edib ki, ölkə sakinləri bu rayonda bir çox sevincli və tarixi hadisələrin şahidi olacaqlar.

Mərasimdə həmçinin, dünyanın ən hündür musiqili fəvvarəsi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmiş musiqili fəvvarənin açılışı planlaşdırılır.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Misli Premyer Liqasında III tura bu gün start veriləcək. Birinci oyun günündə iki matç keçiriləcək. İlk olaraq “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Əvvəlki iki görüşdə uduzan meydan sahibləri 11-ci pillədə qərarlaşıb. Qonaqlar 1 xalla 7-ci yerdədir. Günün ikinci oyununda “İmişli” “Şəfa”nın qonağı olacaq. Bu matç saat […]