Parlamentdə ictimai birliklər və dini abidələrlə bağlı dinləmə keçiriləcək

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Milli Məclisdə ictimai birliklərin və dini abidələrin mövcud durumu ilə bağlı ictimai müzakirələr keçiriləcək.

Bununla bağlı müvafiq məsələlər parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci il payız sessiyası üzrə iş planına daxil edilib.

İş planında həmçinin işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi də yer alıb. 

Bununla bərabər, İctimai birliklər və dini qurumlar komitəsi payız sessiyasında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, digər dini konfessiyaların (o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının) rəhbərliyi ilə görüş keçirilməsi də nəzərdə tutulub. 

Loading

Next Post

Küləkli hava şəraiti həftə sonunadək davam edəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur. Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.