Mədəniyyət sahəsində yeni qanun layihələri hazırlanır – ANONS

Oxunma vaxtı:30 Saniyə

Mədəniyyət sahələrinin inkişafı üçün yeni qanun layihələri hazırlanacaq.

Bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

“Elə bu konsepsiyanın çərçivəsində yalnız o altı dövlət proqramının hazırlanması ilə iş məhdudlaşmayacaq Mədəniyyət sahəsindəki bizim ana qanunumuz var. Oraya elə bu konsepsiya çərçivəsində mütləq əl gəzdiriləcək. Qanunda dəqiqləşmələr, tamamlamalar, həyata keçiriləcək. Amma eyni anda yeni dövrün çağırışlarına uyğun olaraq, məhz beynəlxalq kontekstdə mədəniyyətimizin yeni texnoloji imkanları nəzərə alaraq təqdimini asanlaşdırmaq, münasibləşdirmək üçün yeni qanunlara ehtiyac olacaq. Düşünürəm ki, Mədəniyyət Konsepsiyası Azərbaycan mədəniyyətinin tarixində vacib hadisədir. İndiyədək belə bir qanun layihəsi olmayıb”- o qeyd edib.

Loading

Next Post

ARKA rəhbəri: Kinomuzda sovet düşüncəsi hələ də qalmaqdadır

Dövlət kino istehsalı üçün şərait yaratmalıdır. Bunun üçün filmlərin sayını artırır və ümumilikdə ölkə üzrə bu sahədə ekosistem yanaşmasına keçid edir. Bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktoru Rəşad Əzizov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib. O qeyd edib ki, […]