Naxçıvan MR-nın səhiyyə naziri vəzifəsindən azad olunub

Oxunma vaxtı:25 Saniyə

Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyulub.

Qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

Loading

Next Post

Bakıda növbəti beynəlxalq konfrans keçiriləcək

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum “İslam dünyasında süni intellekt indeksinin tərtib olunması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlir. Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı […]