SOCAR İtaliya şirkətindən pay alır

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.

Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.

Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.

Bundan başqa, AIIF 2025 çərçivəsində “EelElectric” MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası “ABB Group”un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Sənədi “EelElectric”in direktoru Vüsal Mirzəyev və “ABB Group Türkey”in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək.

Loading

Next Post

Florian Zenqstşmid: "Azərbaycanın sağlamlıq turizmi qlobal bazara inteqrasiya olunur"

Azərbaycanın sağlamlıq turizmi potensialı 1,4 trilyon ABŞ dollarına bərabər qlobal bazara inteqrasiya olunur. Bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib. Onun sözlərinə görə, dünyada ən sürətlə inkişaf edən turizm sahələrindən biri olan sağlamlıq turizminin həcmi 2030-cu ilə […]