Florian Zenqstşmid: “Azərbaycanın sağlamlıq turizmi qlobal bazara inteqrasiya olunur”

DogruSozTv Az
Oxunma vaxtı:40 Saniyə

Azərbaycanın sağlamlıq turizmi potensialı 1,4 trilyon ABŞ dollarına bərabər qlobal bazara inteqrasiya olunur.

Bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib.

Onun sözlərinə görə, dünyada ən sürətlə inkişaf edən turizm sahələrindən biri olan sağlamlıq turizminin həcmi 2030-cu ilə qədər 1,4 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır: “Bu artımın təxminən 300 milyard dollarını tibbi turizm təşkil edəcək. Azərbaycan Dövlət Turizm Agentliyi isə ölkənin bu nəhəng bazardan pay alması üçün konkret planlarla çıxış edir”.

F. Zenqstşmid həmçinin tibbi turizmin inkişafı üçün prioritet tədbirləri açıqlayıb:

“Əvvəlcə idarəetmə və tənzimləmə çərçivəsi formalaşdırılmalıdır. Qlobal akkreditasiya və səhiyyə standartlarının tətbiqi vacibdir. Növbəti mərhələdə sağlamlıq xidmətləri, ixtisaslaşmış nəqliyyat kimi yeni bizneslərə şərait yaradılacaq. Bu sahədə həm dövlət, həm də özəl investisiyalar üçün böyük imkanlar var”.

Loading

Next Post

DYP: Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb

Bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunanlarla bağlı qadın sürücülərə müraciət edib: “Baş Dövlət Yol Polisi İdarəsi bütün […]