Mikayıl Cabbarov: “SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur”

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu zamanı bildirib.

Nazir xatırladıb ki, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR “Uzbeknefteqaz” və Britaniyanın “BP” şirkəti ilə tərəfdaşlıq çərçivəsində investor qismində Özbəkistan regionlarının birində yerləşən perspektivli “Üstyurt” yatağının işlənməsində fəal iştirak edir.

“Bizə göstərilən etimadı yüksək qiymətləndiririk. SOCAR qardaş Özbəkistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Həmçinin bu gün Özbəkistanın pərakəndə ticarət bazarına daxil olunacağı, yanacaqdoldurma məntəqələri şəbəkəsinin tikintisinə investisiyalar yatırılacağı rəsmən elan ediləcək”, – M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, “AzerGold” QSC özbəkistanlı həmkarları ilə tərəfdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparacaq və hasilatla məşğul olacaq.

“Bütün bu fəaliyyət Özbəkistanın regionlarında həyata keçirilir”, – M. Cabbarov əlavə edib.

Loading

Next Post

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

[center][img]https://azadmedia.az/uploads/posts/2026-08/1787548347_screenshot-2026-08-24-091108.png[/img][/center]Azerbaycan Kültür Bakanlığı, Halk Sanatçısı Tofig Bakikhanov’un vefatıyla ilgili bir ölüm ilanı yayınladı. Ölüm ilanında şu ifadeler yer alıyor: “Azerbaycan kültürü ağır bir kayıp yaşadı. Halk Sanatçısı, önde gelen besteci, öğretmen, profesör Tofig Bakikhanov, 23 Ağustos 2026’da 96 yaşında vefat etti. Tofig Bakikhanov, 8 Aralık 1930’da Bakü’de, usta tar sanatçısı, […]