“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs saxlanılıb

Oxunma vaxtı:26 Saniyə

Paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb.

Araşdırmalarla onun “Telegram” sosial şəbəkəsində səhifələr açaraq müxtəlif kiber üsullarla bank kartlarından oğurluq etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, C.Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Loading

Next Post

Ərdoğan: Zelenskinin Krım tatarlarının hüquqları ilə bağlı addımlarını yüksək qiymətləndirirəm

Zelenskinin Krım tatarlarının hüquqları ilə bağlı addımlarını yüksək qiymətləndirirəm. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Türkiyə Prezidenti Ukraynaya yenidənqurma işində dəstək verməyə hazır olduqlarını bildirib: “Mən səmimi qəlbdən inanıram ki, Ukraynada sülhün bərqərar olması ilə münasibətlərimiz daha da yüksək səviyyələrə […]