“Haber Global”: İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi

Oxunma vaxtı:36 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi.

Bu barədə “Haber Global”ın sujetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb:

“Nə varsa, can Azərbaycanda var. Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda da Şimali Kipr Türk Respublikasının həmişə arxasında olduqlarını bildirdi”.

C.Yaycı Suriyanın keçid dövründə Prezidenti Əhməd əş-Şəraanın yunan Kiprinin xarici işlər nazirini qəbul etməsi məsələsinə də diqqət çəkib:

“Əhməd əş-Şəraa bildirdi ki, Kiprin tək təmsilcisi Cənubi Kipr idarəçiliyidir. Bəs Şəraanın üzərində Türkiyənin böyük təsiri olduğunu deyirdilər. Əgər belədirsə, həmin ziyarətin qarşısı alınmalıydı. Əgər qarşısını ala bilmirsənsə, onda Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlunun da Suriya ziyarətini də təmin etməlisən”.

Loading

Next Post

Həftəsonu 54 minə yaxın şagird IX sinif buraxılış imtahanında iştirak edəcək

Həftəsonu 53 min 649 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, aprelin 20-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, […]