BMT: İqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitlər düzgün xərclənilmir

Oxunma vaxtı:27 Saniyə

İqlim dəyişikliyi ilə mübarizədə ayrılan vəsaitlər lazımi yerə xərclənilmir.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) proqram məsləhətçisi Tetet Lauron COP29 çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq iqlim dəyişikliyi ilə mübarizə aparan icmaları dəstəkləmək üçün dövlət vəsaitlərinə ehtiyac var: “Bununla yanaşı, inkişaf etmiş ölkələr bizə borcludur. Burada xeyriyyəçilik üçün toplaşmışıq, amma həm də iqliminiz üçün tarixi ekoloji borcumuzu toplamaq üçün buradayıq. İnkişaf etmiş ölkələr 100 milyard ABŞ dolları ilə bağlı mesajını heç bir şəkildə müsbət qarşılamadılar. COP29-un bitməsinə saatlar qalıb. Ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərini yerinə yetirməlidirlər”.

Loading

Next Post

Millətlər Liqası: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb. Püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib. Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub. İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək. Danimarka – Portuqaliya matçında qalib gələn tərəf isə Niderland – İspaniya görüşündə qələbə qazanan yığma […]