İraqda reyd zamanı ABŞ-nin yeddi hərbçisi yaralanıb

Oxunma vaxtı:19 Saniyə

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD terror qruplaşmasının yaraqlılarının məhv edilməsi üzrə birgə əməliyyatı zamanı 7 amerikalı hərbçi yaralanıb.

Bu barədə “Associated Press” amerikalı hərbi rəsmiyə istinadən xəbər yayıb.

Məlumata görə, xəsarət alanların hamısının vəziyyəti sabitdir.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Amerika ordusu və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD-in 15 yaraqlısını məhv etdiyini bildirib.

Loading

Next Post

Tayvan Çindən 30 uçuş aparatı və 11 gəminin yaxınlaşmasını qeydə alıb

Tayvan silahlı qüvvələri son sutka ərzində Çinin Xalq Azadlıq Ordusunun (ÇXAO) 30 uçuş aparatı və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb. Bu barədə adanın müdafiə qurumu məlumat yayıb. 20 uçuş aparatı Tayvan boğazının xəyali orta xəttini keçərək adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə təyinetmə zonasına daxil […]