Makron təsdiqlədi: İki qırıcı toqquşdu, pilotlar öldü

Oxunma vaxtı:17 Saniyə

Fransa Prezidenti Emmanuel Makron ölkənin şərqində “Rafale” qırıcılarının toqquşması nəticəsində iki fransız pilotun həlak olduğunu təsdiqləyib.

Bu barədə Makron sosial şəbəkə hesabında yazıb.

“Ölkə Saint-Dizier aviabazasının nümayəndələrinin ailələrinin və qardaşlarının ağrısını bölüşür”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün ölkənin şimal-şərqində iki “Rafale” qırıcısı qəzaya uğramışdı. Pilotlardan biri katapult etmişdi, digər ikisi isə axtarılırdı.

Loading

Next Post

Azərbaycanda bu kanal yerüstü yayıma keçir

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib: – “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” […]