15 yaşlı qız itkin düşdü

Oxunma vaxtı:23 Saniyə

Bakıda yeniyetmə qız itkin düşüb.

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə avqustun 11-i müraciət daxil olub.

Binəqədi qəsəbə sakini E.Məmmədov ərizəsində bildirib ki, 2009-cu il təvəllüdlü qızı N.Məmmədova yaşadıqları evi tərk edib və geri qayıtmayıb.

Oxşar hadisə Gəncədə də baş verib. Ş.Bədəlova polisə şikayət ərizəsində bildirib ki, övladı 2009-cu il təvəllüdlü A.Bədəlova avqustun 11-də yaşadıqları evi tərk edərək itkin düşüb.

Hər iki müraciətlə bağlı araşdırma aparılır.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,54 % artaraq 84.66 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə, görə“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 81,70 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta […]