Bakıda məşhur mağazadan 330 minlik saat oğurlandı

Oxunma vaxtı:26 Saniyə

Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından oğurluq edilib.

Mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrindən oradan bahalı saat oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Çin vətəndaşı Zhang Guomin oktyabrın 10-u saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci, yəni külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edib.  Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,4 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]