Paytaxtda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıb

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12160 manatı ələ keçiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədov saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın bank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı E.Pirməmmədov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Loading

Next Post

AK Parti: Türkiyə ilə Azərbaycan çiyin-çiyinə addımlamağa davam edəcək

Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü ən səmimi duyğularımızla təbrik edirik. Bu fikirlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) rəsmi “X” sosial media hesabındakı paylaşımında qeyd olunub. Paylaşımda Qafqaz İslam Ordusunun qəhrəman komandirlərini və igid əsgərlərini rəhmət və şükranla yad edildiyi vurğulanıb. “Türkiyə ilə […]