Kənan Seyidovun təyinatı təsdiqləndi

Oxunma vaxtı:29 Saniyə

Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı.

K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub.

Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 2014-cü ildən Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev olub.

Loading

Next Post

XİN-dən vətəndaşlara Livana səfərlərlə bağlı xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb. XİN-in bununla bağlı açıqlamasında deyilir: “Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara […]