Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir

Oxunma vaxtı:24 Saniyə

26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir.

Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb.

Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir.

Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər.

Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.

Loading

Next Post

İlham Əliyev iranlı həmkarı ilə danışıb, regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını ifadə edib

Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon söhbəti olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev son hadisələr zamanı İran […]