XİN-dən vətəndaşlara Livana səfərlərlə bağlı xəbərdarlıq

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb.

XİN-in bununla bağlı açıqlamasında deyilir:

“Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Eyni zamanda, hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur”.

Loading

Next Post

Laçında mina partladı - Xəsarət alan var

Laçın rayonundakı Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otaran şəxs piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib. Laçın […]