Hikmət Hacıyev Buxaradan paylaşım edib

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.

Bu barədə o, “X” hesabında yazıb.

“Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya – əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü”, – deyə o, paylaşımda qeyd edilib.

Loading

Next Post

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindən qərbdə tanker mərmi ilə vurulub. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib. “Yanbudan 63 dəniz mili qərbdə insident barədə məlumat daxil olub. Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, tankerə naməlum mərmi dəyib, bunun nəticəsində gəminin əsas göyərtəsində yanğın […]