UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Səudiyyə Ərəbistanının Yanbu liman şəhərindən qərbdə tanker mərmi ilə vurulub.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumatında bildirilib.

“Yanbudan 63 dəniz mili qərbdə insident barədə məlumat daxil olub. Şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, tankerə naməlum mərmi dəyib, bunun nəticəsində gəminin əsas göyərtəsində yanğın baş verib. Bütün heyət təhlükəsizlikdədir”, – məlumatda qeyd olunub.

Gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur.

Loading

Next Post

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Azərbaycanda avqustun 25-də 40 dərəcəyədək isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın […]