Məktəblərdə bəzi summativ qiymətləndirmələr ləğv edilə bilər – Nazirdən ANONS

Oxunma vaxtı:57 Saniyə

Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir.

“Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni “Təbiət” fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. “Həyat bilgisi” fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan dili” (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır”, – nazir “report”a müsahibəsində bildirib.

Emin Əmrullayevin sözlərinə görə, tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024–2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin:

“Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir”.

Loading

Next Post

Bayram günlərində banklar işləyəcək?

15-19 iyun qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının […]