Altı vəkil cəzalandırıldı – Biri məhkəməlik olduv

Oxunma vaxtı:44 Saniyə

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin fəaliyyəti barədə məlumat verib. 

İclasda dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa olunması barədə müraciətinə, habelə 4 vəkilin dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması məsələlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb. 

Bundan başqa Kollegiyada bir sıra təyinatlar olduğu açıqlanıb. Kollegiya Aparatının rəhbəri-Baş katib vəzifəsinə ARVK Aparatının İnsan resursları Şöbəsinin müdiri, vəkil Orxan Babayev, Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsinə Kollegiya Aparatının əməkdaşı Əli Mirzəyev və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə isə Gözəl Hüseynzadə təyin edilib.

Vəkillərin İntizam Komissiyasının rəylərinə əsasən, yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 6 vəkilə isə xəbərdarlıq olunub.

Loading

Next Post

İngilisi şantaj edən qadınlardan biri azadlığa buraxıldı

Bakıda tanış olduqları britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxılıb. Qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib. Məhkəmə təqsirləndirilənlər – E. Nəsrəddinova və Y.Məmmədova ilə bağlı hökmü araşdırdıqdan sonra sonuncunun şikayətini əsaslı hesab edib. Məlumat üçün deyək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 ay əvvəlki hökmü ilə E. Nəsrəddinova […]