ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Oxunma vaxtı:42 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb.

Qurumdan bildirilib ki, qatara minik zamanı sərnişinlər biletlə yanaşı bir sıra vacib sənədləri də təqdim etməlidirlər.

Məlumata görə, sərnişinlərdən pasportun əsli tələb olunur və “mygov” platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir. Bununla yanaşı, Gürcüstan tərəfinin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş səyahət sığortasının da təqdim olunması mütləqdir.

Qeyd olunub ki, 5 yaşadək uşaqlarla səfər edən şəxslər həmin uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Həmçinin bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.

Qurum sərnişinlərə qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri əvvəlcədən hazırlamağı tövsiyə edib.

Xatırladaq ki, bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk reysini həyata keçirəcək.

Loading

Next Post

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri cənab Prezident. Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm. Sizə ən yüksək hörmət və […]