Ağdamdakı Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini DAYANDIRIR

Oxunma vaxtı:48 Saniyə

Bu gün Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.

Bu münasibətlə təntənəli tədbir mərasimi keçiriləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar. Mərkəz 2021-ci il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.

Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasından sonra Mərkəzin də fəaliyyətinin dayandırılacağı açıqlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürkün sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”.

Loading

Next Post

Ermənistan və Azərbaycan XİN başçılarının görüş tarixi RAZILAŞDIRILIR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, görüşün tarixi razılaşdırılır.  Badalayan deyib ki, Ermənistan Cənubi Qafqazda sülhə istiqamətlənən vasitəçilik cəhdləri və danışıqlar […]