Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Oxunma vaxtı:18 Saniyə

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını açıqlayıb.

Bu barədə o, Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə danışıb.

“Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir qayğım yoxdur”, – Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə artıq çevrilişçilərin deyil, mülki şəxslərin hazırladığı bir konstitusiyaya ehtiyac var.

Loading

Next Post

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir,  şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.   Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.  “Xanım bloger anasına […]