Mirzoyanla Araqçı görüşdü

Oxunma vaxtı:21 Saniyə

İran və Ermənistanın xarici işlər nazirləri Abbas Araqçı ilə Ararat Mirzoyan arasında görüş keçirilib.

Görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub. 

Bununla belə, nazirlərin danışıqlarının detalları açıqlanmayıb. 

Araqçının digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Xatırladaq ki, bu gün İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Görüşdə Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib.

Loading

Next Post

İstanbulda “3+3”ün iclası keçirildi - Fotolar - Yenilənib

İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında paylaşıb. İclasda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib. *** Azərbaycan XİN Ceyhun Bayramovun “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxışına dair məlumat yayıb. Bildirilib ki, […]