Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başladı

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Azərbaycan xariic işlər naziri Ceyhun Bayramov və İsrail XİN rəhbəri Eli Koen arasında görüşü başlayıb.

Bu barədə E.Koen tvitterdə paylaşım edib.

“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Loading

Next Post

<strong>Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”</strong>

“Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər”. Bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:“Təbii ki, bu, terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm […]