Gürcü nazir müavini: “Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır”

Oxunma vaxtı:44 Saniyə

Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır.

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq təkcə enerji sahəsində deyil, həm də siyasi baxımdan mükəmməldir: “İki ölkə regionda həyata keçirilən enerji layihələrində əsas dövlətlərə çevrilib. Gürcüstan kimi Azərbaycan da enerji sahəsində etibarlı tərəfdaşdır. Hazırda enerji mənbələrinin şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir”.

O qeyd edib ki, enerji sahəsində yeni layihələrdə Avropa İttifaqı, Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələrinin iştirakı nəzərdə tutulur: “Bu mənada “yaşıl enerji” sahəsində əməkdaşlıq vacibdir. Hazırda dünyada elektrik enerjisinə tələbatın olduğu dövrdə region ölkələri elektrik enerjsinin ixracını həyata keçirə bilər. Yeri gəlmişkən, Yaşıl Enerji Dəhlizinin gücünün 4000 meqavat olacağı gözlənilir. Bununla bağlı əsaslandırma işlərinə başlanılacaq”.

Loading

Next Post

Azərbaycanda elektrik və qaz tariflərinin 3 dəfə azaldılması təklif olunur

Azərbaycanda sərhədyanı kəndlərə Böyük qayıdışı təmin etmək üçün elektirk və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir. Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında – qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. “Ölkəmizdə 4 244 kənd var. Bu böyük […]