Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

“Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər”.

Bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:
“Təbii ki, bu, terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm də Azərbaycanda qeyri-adi ziyalıdır. Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür. Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər. Amma buna gücləri çatmayacaq. Deputatı vurmaq elə-belə hadisə deyil. Qarışıqlıq salmaq məqsədilə edilib. İnanıram ki, tezliklə bu cinayətin üstü açılacaq”.

Loading

Next Post

Fazil Mustafa ilk ona zəng etdi: “Məni vurublar, tez gəl..."

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”. Bunu gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib. O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb: “Ağlıma […]