Məsud Pezeşkian Azərbaycana təşəkkür edib

Oxunma vaxtı:37 Saniyə

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana təşəkkür edib.

Pezeşkian bu barədə İslam İnqilabının qələbəsinin 47-ci ildönümü ilə bağlı yürüş zamanı xalq qarşısında çıxışında deyib.

O bildirib ki, İran qonşu ölkələrlə səmimi və qardaşlıq əlaqələri qurur:

“Bu, inqilab rəhbərinin göstərişidir. Həmin ölkələr müsəlman dövlətləridir, dost və qardaş ölkələrdir. Biz bu ölkələrlə əlaqələrimizi gücləndirməliyik. Düşmən bizə qarşı plan qurmaq və ya təcavüz etmək istəyəndə həmin qonşu ölkələr bir-birinin ardınca bizə zəng edirdilər, narahatlıqlarını, qayğılarını, mövqelərini ifadə edirdilər”.

Pezeşkian Azərbaycan və Azərbaycan Prezidentinə, eyni zamanda, Türkiyə Prezidenti və xarici işlər nazirinə təşəkkür edib.

“Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Misir – bütün bu ölkələrin İranla bağlı qayğıları var idi. Onlar çalışırdılar ki, biz çətinlikləri diplomatiya yolu ilə həll edək. Mən onlara təşəkkür edirəm”, – İran Prezidenti qeyd edib.

Loading

Next Post

Bakı və Vaşinqton arasında yeni dövr - Strateji Tərəfdaşlıq Xartiyası - ŞƏRH

Ötən ilin avqust ayında Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İntensiv dialoq, qarşılıqlı səfərlər, verilən açıqlamalar, Prezident İlham Əliyevin Davosda ABŞ Prezidenti ilə təkbətək görüşü, Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasını müəyyən edən Sülh Şurasına dəvət edilməsi rəsmi Bakının regional gücdən qlobal proseslərdə söz sahibi olan […]