Sahil Babayev onu vəzifədən kənarlaşdırdı

Oxunma vaxtı:36 Saniyə

Maliyyə naziri Sahil Babayevin sədrliyi ilə “Aqrarkredit” (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Maliyyə Nazirliyindən verilən məlumata görə, yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub.

S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz təşəkkürünü bildirib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər. Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunub.

Qeyd edək ki, “Aqrarkredit” QSC-nin Nizamnaməsinə əsasən, İdarə Heyətinin üzvləri Səhmdarın ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə seçilirlər.

Loading

Next Post

Yaranması müşkülə düşən Avropa ordusu – İttifaq ABŞ ilə müttəfiqliyi itirə bilər - ANALİZ

Sovetlərin dağılması ilə bir sıra beynəlxalq təşkilatların, hakimiyyətlərin, hətta dövlətlərin belə istifadə müddəti başa çatıb. Məsələn, NATO vaxtı ilə SSRİ-nin Şərqi Avropa ölkələrinə hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə yaranmışdı. Belə örnəklərin sayı çoxdur.Son illər Avropa İttifaqı ilə ABŞ arasında müəyyən fikir ayrılıqları Alyansın gələcəyilə bağlı bədbin proqnozların verilməsinə səbəb olub. […]