Bayram günlərində banklar işləyəcək?

Oxunma vaxtı:44 Saniyə

15-19 iyun qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/b06e18d16c4faad8ebec62743.pdf

https://uploads.cbar.az/press-releases/d2b2423754cf425dc57c8ee52.pdf

https://uploads.cbar.az/press-releases/8ea67bb2824c1dac25568b9f9.pdf

Loading

Next Post

Həcc ziyarətində bədbəxt hadisə: Azərbaycanlı zəvvarlar YARALANDI

Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb. İyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb. Zəvvarların səhhəti barədə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem […]