Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Oxunma vaxtı:23 Saniyə

Pakistan Silahlı Qüvvələri yerli “Fatah-II” genişmənzilli reaktiv yaylım atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bu buraxılışın məqsədi reaktiv yaylım atəşi sisteminin dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. “Fatah-II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Loading

Next Post

Sabunçu, Xəzər rayonları və Sumqayıtda qaz olmayacaq

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, mayın 16-da saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz […]