Sabunçu, Xəzər rayonları və Sumqayıtda qaz olmayacaq

Oxunma vaxtı:39 Saniyə

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının, həmçinin Sumqayıt şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, mayın 16-da saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi, saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən orta təzyiqli qaz kəmərinin və “Xaşa-Xuna(Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, qəsəbənin Xanlar küçəsi, Daş karxanasının bir hissəsi, Xəzər rayonunun Xaşa-Xuna qəsəbəsi, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Vəzifəli şəxs cinayət başında yaxalandı

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş  əməliyyat-axtarış tədbiri nəticəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsənov Bəxtiyar Rafiq […]