Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb

Oxunma vaxtı:30 Saniyə

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir.

Qonaqlar öncə Zəngilan şəhərinə baş çəkiblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Ekspertlər bir gün əvvəl Bakıda başlayan beynəlxalq forumun öz işini davam etdirəcəyi Laçın şəhərinə də səfər edəcəklər.

Forum iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və Azərbaycanın “yaşıl enerji” sahəsində fəaliyyətini müzakirə edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ili ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb

Loading

Next Post

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu olacaq. […]