Asiya Parlament Assambleyasının komitə iclasında 8 qətnamə layihəsi təsdiqlənib

Oxunma vaxtı:30 Saniyə

Asiya Parlament Assambleyasının (APA) Siyasi məsələlər daimi komitəsi 8 qətnamə qəbul edib.

Bu barədə qərar AP-nın) 15-ci Plenar Sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında qəbul olunub.

Siyasi məsələlər daimi komissiyasının qətnamə layihələrinə yaxşı İdarəetmə, qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması, yaxşı parlament təcrübələri və Asiyada dostluq və əməkdaşlıq yolu ilə rifahın qurulması daxildir.

Eyni zamanda bura Asiya Parlamentləri və Hökumətlərinin Asiyada tərəqqi naminə birlikdə olması və demokratiya yolu ilə harmonik inkişaf, Asiya Parlamentlərinin Fələstin xalqına sarsılmaz dəstəyi və çoxtərəfliliyi qorumaq və təşviq etmək üçün Asiya Parlament Assambleyasının üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə dair qətnamə layihələri daxildir.

Loading

Next Post

Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, görüşdə tədbirin Bakının evsahibliyi ilə yüksək səviyyədə təşkil olunduğu vurğulanaraq, […]