Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı çətin məqamda real mahiyyətini nümayiş etdirib

Oxunma vaxtı:34 Saniyə

Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.

Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkəni dərindən sarsıdan zəlzələdən üç il ötməsi ilə əlaqədar ünvanladığı məktubda yer alıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirib. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında olub, dəstək və yardım əlini uzadıb.

Loading

Next Post

"Zayed İnsan Qardaşlığı Mükafatı" – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək - ŞƏRH

Prezident İlham Əliyevə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub.“Zayed İnsan Qardaşlığı Mükafatı” (“Zayed Award for Human Fraternity”) 2019-cu il fevralın 4-də – Roma Papası Fransisklə Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib Əbu-Dabidə sülh və birgəyaşayışa dair tarixi sənədi imzalayanadan sonra təsis edilib. […]