Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb

Oxunma vaxtı:26 Saniyə

“Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib:

“Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn, əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar. Paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb”.

Loading

Next Post

Operativ Qərargah müvafiq addımlar ata bilər - AÇIQLAMA

Ölkədə koronavirusa yoluxma sayı gün keçdikcə artır. Yoluxma sayının artması insanları təşvişə salır. Sosial şəbəkələrdə və cəmiyyətdə artan yoluxma sayına görə tədris ocaqlarının sentyabrda açılmayacağı söylənilir. Hər kəsi yeni tədris ilində distant təhsilə keçiləcəyi ilə bağlı sual maraqlandırır. Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Modern.az-a danışıb. Ekspert bildirib ki, […]