XİN: “Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir”

Oxunma vaxtı:37 Saniyə

“Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib:

“Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur. Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək”.

Loading

Next Post

TÜRKSOY: "Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik"

“Çox qədim və zəngin bir mədəniyyətin, tarixin Qarabağda Ermənistan və havadarları tərəfindən məhv edilməsini bütün dünyaya göstərməliyik”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sait Yusuf bildirib. Keçən il Azərbaycanın Diaspora üzrə Dövlət Komitəsinin dəvəti ilə Qarabağa səfər etdiyini bildirən Sait Yusuf orada dəhşətli dağıntılara şahid […]