Operativ Qərargah müvafiq addımlar ata bilər – AÇIQLAMA

Oxunma vaxtı:53 Saniyə

Ölkədə koronavirusa yoluxma sayı gün keçdikcə artır. Yoluxma sayının artması insanları təşvişə salır. Sosial şəbəkələrdə və cəmiyyətdə artan yoluxma sayına görə tədris ocaqlarının sentyabrda açılmayacağı söylənilir.

Hər kəsi yeni tədris ilində distant təhsilə keçiləcəyi ilə bağlı sual maraqlandırır.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Modern.az-a danışıb.

Ekspert bildirib ki, indidən məktəblərin açılmayacağını söyləmək olmaz:

“Koronavirus həm insanların sosial həyatına, həm də sağlamlığına mənfi təsir etdi. Ölkəmiz ən şiddətli dalğaların öhdəsindən gələ bildi. Artan koronavirus xəstələrinin sayına görə qapanmalar və s. oldu. Amma koronavirusdan daha çox təsirlənən təhsil sahəsidir. Dünyada, ölkəmizdə koronavirusa yoluxma sayı artır”.

E.Süleymanovun sözlərinə görə, yoluxma artarsa, Operativ Qərargah müvafiq addımlar ata bilər:

“Əgər artım bu cür davam edərsə, Operativ Qərargah şagirdlərin sağlamlığını əsas tutaraq doğru qərarı verər. Onu da qeyd edim ki, iki il məktəbdən uzaq qalma şagirdlərin psixologiyasına çox təsir etdi. Məktəbdən uzun müddətli uzaq olmaq dərsin keyfiyyətinin aşağı düşməsinə, uşaqların diqqət probleminin pozulmasına gətirib çıxardı. Yoluxma sayı kəskin artmazsa, məktəblər açılmalıdır. Məktəblərin açılmaması ən son addım olmalıdır. Şəxsən onlayn tədrisə keçilməsini, məktəblərin bağlanmasını mən yaxşı qiymətləndirmirəm”.

Loading

Next Post

General Səhlab Bağırovdan Ramiz Zeynalovun yerinə təyinatla bağlı AÇIQLAMA

Bir sıra saytlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə isə Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi qeyd olunub. Məsələ ilə bağlı Manset.az-a açıqlamasında polis general-mayoru Səhlab Bağırov bildirib ki, yeni vəzifəyə təyin edilməyib: “Mən bu söhbətləri 15-20 ildir eşidirəm. […]