Azərbaycandan sonra Ermənistana getdi

Oxunma vaxtı:26 Saniyə

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün Ermənistana rəsmi səfər edib.

Bu barədə, Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, səfər çərçivəsində İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. İ.Kobaxidzenin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşü də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı dünyada və regionda baş verən proseslər, Cənubi Qafqazda davamlı sülhün əldə olunması və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, İrakli Kobaxidze daha öncə martın 16-da Azərbaycana rəsmi səfərə gəlmişdi.

Loading

Next Post

Daha bir Avropa ölkəsi Azərbaycandan qaz ALIR

Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir. Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bildirir.  Məlumata görə, bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır.  “TAP kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycandan qazın Avropa bazarlarına, o […]