Daha bir Avropa ölkəsi Azərbaycandan qaz ALIR

Oxunma vaxtı:22 Saniyə

Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bildirir.

 Məlumata görə, bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır. 

“TAP kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycandan qazın Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitini asanlaşdırmaqdır”, — hesabatda qeyd olunur.

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.

Loading

Next Post

Bakıda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı […]