Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Oxunma vaxtı:41 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Loading

Next Post

Moskvadan sonra Avropada terror QORXUSU 

Qərb rəsmiləri Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktından sonra Paris Olimpiadası zamanı terror hücumlarından ehtiyat edirlər. Bu barədə “The New York Times” qəzeti terrorizmlə mübarizədə iştirak edən BMT rəsmilərinə istinadən məlumat yayıb. “Mən Paris Olimpiadasından narahatam. Onlar terrorçuların əsas hədəfinə çevriləcək”, – deyə BMT-nin terrorla mübarizə üzrə […]