Baş nazir təhlükəli binalardan danışdı

Oxunma vaxtı:36 Saniyə

“Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var”.

Bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonunda qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 milyon manat vəsait ayrılıb: “26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu istiqamətdə Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”.

Loading

Next Post

Azərbaycanda girov belə azad edildi - DTX-dən antiterror tədbiri

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib.Yenixeber.org xəbər verir ki, araşdırmalar zamanı müəyyən olunub ki, Pakistan vətəndaşı, 1992-ci il təvəllüdlü […]