Bu marşrut üzrə xəttə 10 əlavə qatar reysi təyin edildi

Oxunma vaxtı:32 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.

20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Qeyd edək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Loading

Next Post

Magistr olmaq istəyənlərin nəzərinə!

“Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq”​. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır: “Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında […]