DYP: Vətəndaşlara nəqliyyat vasitələri üzrə cərimə borcu olduğu barədə saxta SMS bildirişlər göndərilir

Oxunma vaxtı:28 Saniyə

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.

Bildirilib ki, həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır:

“Qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur. Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar. İnzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır”.

Loading

Next Post

İsrail İranı qadağan olunmuş kasetli silahlardan istifadə etməkdə ittiham edib

İsrail İranı beynəlxalq konvensiya ilə qadağan olunmuş kasetli silahlardan istifadə etməkdə ittiham edib. İsrail Xarici İşlər Nazirliyinin bu bəyanatı “X” sosial şəbəkəsində dərc edilib. “İran havada partlayan və subsursatları geniş əraziyə səpələyən kaset başlıqlı raketlər atır”, – məlumatda deyilir. XİN qeyd edib ki, bu silah növü nöqtəvi zərbələr üçün nəzərdə […]