Magistr olmaq istəyənlərin nəzərinə!

Oxunma vaxtı:22 Saniyə

“Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq”​.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır:

“Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır.

Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq”.(APA)

Loading

Next Post

Türkiyə kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: MOSSAD-ın 7 casusu ələ keçdi

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb. Saxlanılan şəxslərdən birinin televiziya kanalında səhər proqramlarına qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib. Ayberk pul qarşılığında MOSSAD-a məlumat sızdırıb və aldığı təlimat […]