Allahşükür Paşazadə Vatikana səfər edəcək

Oxunma vaxtı:22 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur.

Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Loading

Next Post

Astarada torpaq sürüşməsi baş verib

Astara rayonunda torpaq sürüşməsi baş verib. “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vaqo kəndində qeydə alınıb. Sürüşmə nəticəsində çay kənarındakı beton bəndlər uçub, həmçinin kənd yolunun bir hissəsi dağılıb. Hadisə ilə əlaqədar əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür, texnika vasitəsi ilə çayın məcrası […]