Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir – Dmitri Panin

Oxunma vaxtı:24 Saniyə

Qara Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycanın Efiopiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Dmitri Panin deyib.

O bildirib ki, 1990-cı il yanvarın 20-də sovet əsgərlərinin Bakıda silahsız və dinc etirazçılara atəş açması onlarla insanın ölümünə gətirib çıxardı:

“Sərt repressiyalar azərbaycanlıların müstəqillik uğrunda hərəkatının qarşısını almağa yönəlmişdi. Amma hərbi əməliyyat Azərbaycanın iradəsini qıra bilmədi. Bu, xalqın müstəqillik arzusunu daha da gücləndirdi və bir il sonra Azərbaycan suveren dövlətə çevrildi”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə XİN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi rəsmi “Twitter” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib. Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “20 Yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq”.